.

Korbetta şəhər meri Dövlət Komitəsini təbrik edib

07.07.2022

İtaliyanın Milan vilayətindəki Korbetta şəhər meriyası yaradılmasının Diasporla İş üzrə Dövlət Komitəsini 20 illiyi münasibətilə təbrik edib.

Korbetta şəhər meri Marko Ballarininin Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanladığı məktubda bildirilib ki, əlamətdar hadisə ilə bağlı Azərbaycanın dövlət qurumunu və diasporunu təbrik etməkdən böyük məmnunluq duyur:

“Əslində mən sizin ölkənizlə 1999-cu ildən əlaqə saxlayıram. Bu, məşhur pianoçu,
Azərbaycan bəstəkarı, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, azərbaycanlı bacım hesab etdiyim, hazırda Azərbaycan diasporunun nümayəndəsi Kəmalə Əlizadə ilə tanışlığımdan başlayıb. Ölkəniz haqqında məlumatım vardı, amma onun musiqisi vasitəsilə Azərbaycanın tarixini, mədəniyyətini, adət-ənənələrini, həsrətində olduğu məmləkətinin faciəli səhifələrini, işğalda olduğunu öyrəndim.

Bu yaxınlarda diasporun üzvü olan pianoçu-bəstəkar Kəmalə Əlizadəni və onun həyat yoldaşı, bəstəkar-gitaraçı Stefano Muskaritolonu Korbetta şəhər bələdiyyəsində salamlamaqdan məmnun oldum. Burada Azərbaycan və İtaliya arasında diplomatik münasibətlərin 30 illiyinə, eləcə də “Xarıbülbül” rəmzli “Şuşa ili”nə həsr olunmuş xüsusi konfrans təşkil etdim.

Əziz cənab Fuad Muradov! 20 illik yubileyiniz münasibətilə Sizi, komandanızı və bütün Azərbaycan diasporunu təbrik edirəm. Mən hər zaman gözəl ölkə olan Azərbaycanı dəstəkləmişəm, hər zaman mədəniyyət və digər sahələrdə ölkənizlə əməkdaşlığa hazıram”.