İsveç-Azərbaycan Birliyi Dövlət Komitəsini təbrik edib
İsveçdə fəaliyyət göstərən İsveç-Azərbaycan Birliyinin (SAF) üzvləri və Qarabağ məktəbinin müəllim-valideyn heyəti yaradılmasının Diasporla İş üzrə Dövlət Komitəsini 20 illiyi münasibətilə təbrik edib.
SAF-ın və Qarabağ məktəbinin rəhbəri Sevda Dadaşovanın təbrik məktubunda Komitənin fəaliyyəti yüksək qiymətləndirilib: “20 il öncə diaspor tariximizə qızıl hərflərlə yazılan əlamətdar günün – Komitənin yaradılmasının canlı şahidi olmuşam. Komitə hər bir həmyerlimiz üçün döyünən ürək mərkəzi, doğma ev oldu. Məhz Komitənin sayəsində dünyanın dörd bir tərəfində yaşayan azərbaycanlıları tanıdım. Hörmətli sədr Fuad Muradov başda olmaqla Komitənin bütün əməkdaşlarını yubiley münasibətilə təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram”.
Soydaşımız həmçinin Azərbaycan diasporu ilə iş sahəsində dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyevin 4 iyul 2022-ci il tarixli Sərəncamı ilə təltif olunmuş Komitə əməkdaşlarını təbrik edib.