.

Töhfə Eminova: “Komitənin fəaliyyəti nəticəsində tarixi Vətənimizin dəstəyini daim hiss edirik”

07.07.2022

ABŞ-ın Florida ştatında fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının üzvləri Diasporla İş üzrə Dövlət Komitəsini yaradılmasının 20 illiyi münasibətilə təbrik ediblər.

Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının sədri Töhfə Eminovanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanladığı məktubda bildirilib ki, ulu öndər Heydər Əliyevin “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Fərmanı ilə bütün dünyada Azərbaycan diasporu ilə daha sıx əməkdaşlığın əsası qoyuldu: “Dünyanın əksər ölkələrində tarixi Vətənimizin dəstəyini hiss edən diaspor təşkilatları, Koordinasiya şuraları, Azərbaycan evləri, həftəsonu Azərbaycan məktəbləri yaradılıb. Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini dəstəklədiyimizi və səmərəli əməkdaşlığa hazır olduğumuzu bir daha bəyan edirik.

Hörmətli sədr! Sizi və Komitənin bütün əməkdaşlarını 20 illik yubiley münasibətilə təbrik edir, işlərinizdə yeni-yeni uğurlar arzulayıram”.