Avstraliyadakı icmamız Yeni Cənubi Uels parlamenti ilə əlaqələri genişləndirir
Avstraliyada fəaliyyət göstərən Azərbaycan icması Yeni Cənubi Uels (New South Wales) əyalətinin qanunvericilik orqanı ilə birgə əməkdaşlıq sahəsində mühüm addımlar atıb.
Avstraliya Azərbaycan Assosiasiyasının sədri Mikayıl Oyta bildirib ki, öncə əyalət parlamentinin deputatı Dr. Mayk Frilenderlə dostluq və əməkdaşlıq memorandumu imzalanıb. Millət vəkilinin ofisində baş tutan mərasimdə Avstraliyanın Şərqi Asiya İcma Şəbəkəsi (Australian East Asia Community Network) də iştirak edib.
Əyalət parlamentinin digər deputatı Pol Linçlə keçirilən görüş zamanı isə ölkələrimiz arasında münasibətlər, Azərbaycan icmasının fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. M.Oyta Azərbaycan icması və əyalət parlamenti arasında dostluq qrupunun yaradılması təklifini irəli sürüb.