“Azəris” cəmiyyəti Dövlət Komitəsini təbrik edib
Litvanın Klaypeda şəhərində yaşayan Azərbaycan icması Diasporla İş üzrə Dövlət Komitəsini yaradılmasının 20 illiyi münasibətilə təbrik edib.
“Azəris” cəmiyyətinin sədri Əliağa Məmmədovun təbrik məktubunda bildirilib ki, 20 il öncə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması dünya azərbaycanlılarının tarixində olduqca mühüm hadisə olub: “20 illik yubeleyi münasibətilə hörmətli sədr Fuad Muradov başda olmaqla Komitənin bütün əməkdaşlarını təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayıram”.