Norveçdəki azərbaycanlı musiqiçi Dövlət Komitəsini təbrik edib
Norveçdə yaşayan azərbaycanlı musiqiçi Şəbnəm Hüseyn Diasporla İş üzrə Dövlət Komitəsini yaradılmasının 20 illiyi münasibətilə təbrik edib.
Təbrik məktubunda bildirilib ki, 5 iyul tarixi xaricdə yaşayan azərbaycanlılar üçün xüsusi önəm daşıyır: “20 il öncə xaricdəki azərbaycanlıların mədəni, sosial layihələrinə dəstək göstərən böyük qurum – Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı. Bizim qürbətdə ən yaxın dostumuz, günün mübarək!”