“Natavan Group UK” təşkilatı Dövlət Komitəsini təbrik edib
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fəaliyyət göstərən “Natavan Group UK” təşkilatı Diasporl İş üzrə Dövlət Komitəsini yaradılmasının 20 illiyi münasibətilə təbrik edib.
Təşkilatın üzvləri Səbinə Quliyeva, Səbinə Rakçiyeva, Murad Nağıyev və Fərəh Qreyqin adından Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanlanan məktubda bildirilib ki, Britaniyadakı soydaşlarımız 20 il öncə baş vermiş əlamətdar hadisə ilə bağlı qürur duyurlar:
“Hörmətli Fuad müəllim! Bu əziz gündə dünya azərbaycanlılarını və Komitənin bütün əməkdaşlarını səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq! Bayramınız mübarək!”