Elnur Camalxanov: “Komitə soydaşlarımızın birləşməsi və təşkilatlanması yolunda mühüm addımlar atıb”

07.05.2022

İtaliyada fəaliyyət göstərən Neapol-Bakı Assosiasiyası Diasporla İş üzrə Dövlət Komitəsini yaradılmasının 20 illiyi münasibətilə təbrik edib.

Assosiasiyanın vitse-prezidenti Elnur Camalxanovun təbrik məktubunda bildirilib ki, soydaşlarımız fəxarət hissi ilə Diasporla İş üzrə Dövlət Komitəsinin 20 illik yubileyini qeyd edirlər.

“Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Komitə müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın birləşməsi və ölkəmizin maraqları naminə təşkilatlanması yolunda mühüm addımlar atıb. Hörmətli sədr Fuad Muradov başda olmaqla Komitənin bütün əməkdaşlarını və hər bir diaspor fəalını ürəkdən təbrik edirəm. Bayramınız mübarək! Bir olaq, güclü olaq!” – deyə o qeyd edib.