“QALA” Yunanıstan-Azərbaycan Döstluq Cəmiyyətinin üzvləri Dövlət Komitəsini təbrik ediblər
Saloniki şəhərində fəaliyyət göstərən “QALA” Yunanıstan-Azərbaycan Döstluq Cəmiyyətinin üzvləri Diasporla İş üzrə Dövlət Komitəsini yaradılmasının 20 illiyi münasibətilə təbrik ediblər.
“QALA” Yunanıstan-Azərbaycan Döstluq Cəmiyyətinin, Saloniki Azərbaycan Evinin rəhbəri Rəşid Məmmədovun imzası ilə göndərilən təbrik məktubunda bildirilib ki, bu əlamətdar hadisə dünya azərbaycanlılarında və bütün diaspor təşkilatlarında qürur doğurur.
“Hörmətli Komitə əməkdaşları! Yubiley münasibətilə cəmiyyətimiz adından Sizi təbrik edir, fəaliyyətinizdə, o cümlədən dünyanın müxtəlif bölgələrində yaşayan soydaşlarımızın təşkilatlanması istiqamətində gördüyünüz hər bir işinizdə müvəffəqiyyətlər arzulayıram” – deyə o qeyd edib.