...

İsrailin Aşdod şəhər meriyası Dövlət Komitəsini təbrik edb

05.07.2022

İsrailin Aşdod şəhər meriyası Diasporla İş üzrə Dövlət Komitəsini yaradılmasının 20 illiyi münasibətilə təbrik edib.

Merin müavini Eli Naxtın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanladığı məktubda bildirilib ki, 20 illik zəhmət öz bəhrəsini verir: “Aşdod şəhərində Azərbaycandan olan çoxsaylı icma öz birliyini və ehtiyacı olanlara kömək etmək bacarığını dəfələrlə sübut edib. Azərbaycanlıların öz mədəniyyəti və tarixi ilə fəxr etmələri təqdirəlayiqdir. Dilini, adət-ənənələrini qoruyub saxlayır və atadan oğula ötürürlər. Şübhəsiz ki, bu, Komitənin böyük xidmətidir.

Hörmətli cənab Muradov! Səmimi qəlbdən yubiley münasibətilə Sizi və həmkarlarınızı təbrik edir, tərəqqi, firavanlıq, ölkələrimiz arasında dostluq və mədəni əlaqələrin daha da möhkəmlənməsini arzulayıram”.