Komidəki soydaşlarımız Dövlət Komitəsinin fəaliyyətini dəstəkləyir
Rusiya Federasiyası Komi Respublikasında yaşayan Azərbaycan icması Diasporla İş üzrə Dövlət Komitəsini yaradılmasının 20 illiyi münasibətilə təbrik edib.
“Komi Respublikasında Azərbaycanlıların Birliyi” regional ictimai təşkilatının sədri Asif İsmayılovun Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanladığı məktubda bildirib ki, qurumun sayəsində dünyanın əksər ölkələrində vahid ideya ətrafında birləşən Azərbaycan diaspor təşkilatları milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına böyük töhfələr verir.
“Hörmətli Fuad Rauf oğlu! Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini dəstəklədiyimizi və səmərəli əməkdaşlığa hazır olduğumuzu ifadə etmək istərdik. Komitəyə gələcək fəaliyyətində və inkişafında davamlı uğurlar arzulayırıq”.