Viktor Yakimov: “Komitənin fəaliyyəti nəticəsində Azərbaycan diasporu daha güclü, mütəşəkkil və həmrəy qüvvəyə çevrilib”
Rusiya Federasiyası Sverdlovsk vilayətinin qanunvericilik məclisinin sədr əvəzi Viktor Yakimov Diasporla İş üzrə Dövlət Komitəsini yaradılmasının 20 illiyi münasibətilə təbrik edib.
Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanlanan məktubda bildirilib ki, Azərbaycanda bu qurumun yaradılması ölkənin ictimai-siyasi həyatında baş verən əlamətdar hadisə olub: “Rəhbərlik etdiyiniz Komitənin fəaliyyəti nəticəsində Azərbaycan diasporu daha güclü, daha mütəşəkkil və daha həmrəy qüvvəyə çevrilib. Siz dünya azərbaycanlılarının tarixi Vətənləri ilə əlaqələrinin inkişafına və gücləndirilməsinə, onların mədəni və siyasi hüquqlarının müdafiə olunmasına, milli kimliklərinin qorunub saxlanılmasına, habelə millətlərarası münasibətlərin qurulmasına və möhkəmləndirilməsinə mühüm töhfələr verirsiniz. Sizin çoxşaxəli fəaliyyətiniz xüsusi hormət və ehtiram doğurur. Əminəm ki, Siz gələcək fəaliyyətinizdə də Azərbaycan diasporunun uğurlu inkişafına əhəmiyyətli töhfələr bəxş edəcəksiniz.
Hörmətli Fuad Rauf oğlu! Sizi və həmkarlarınızı yubiley münasibətilə təbrik edir və davamlı uğurlar arzulayıram”.