...

Pakistandakı soydaşlarımız Dövlət Komitəsini təbrik edib

05.07.2022

Pakıstanda Azərbaycan diasporunun fəal üzvü, Pakistan-Rumıniya Dostluq Cəmiyyətinin rəhbəri Şəhla İsayeva yaradılmasının Diasporla İş üzrə Dövlət Komitəsini 20 illiyi münasibətilə təbrik edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanlanan məktubda bildirilib ki, qurum 50 milyondan artıq azərbaycanlının doğma Vətəndəki evinə çevrilib:

“Ulu öndər Heydər Əliyev xaricdəki soydaşlarımızın vahid bir amal ətrafında birləşdirilməsini tarixi zərurət bilərək, 20 il əvvəl Dövlət Komitəsinin yaradılması ilə bağlı Fərman imzalayıb. Dünya azərbaycanlılarının milli maraqlar naminə sıx birləşməsi baxımından tarixi missiyanı uğurla icra edən Komitə böyük nailiyyətlər əldə edib. Komitənin ən möhtəşəm uğurunu biz Vətən müharibəsi dövründə müşahidə etdik. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu bütün dünyaya öz gücünü, mübarizliyini nümayiş etdirib, torpaqlarımızın işğaldan azad edilməsinə nail olarkən Komitənin kollektivi haqq səsimizin beynəlxalq aləmə yayılması üçün diaspor üzvləri ilə koordinasiyalı iş apardı. Bu müharibə azərbaycançılığımızın – milli kimliyimizin gücünü dünyaya göstərdi. Pakistandakı soydaşlarımız hər zaman Azərbaycanımızla fəxr edirlər.

Hörmətli sədr! Sizi və kollektivinizi 20 illik yubiley münasibətilə ürəkdən təbrik edirəm. İnanıram ki, Komitə gələcəkdə də möhtəşəm layihələrlə dünya azərbaycanlılarına qürurlu anlar bəxş edəcək”.