...

Pyatiqorskdakı “Milli Mədəniyyətlər Evi”nin direktoru Dövlət Komitəsini təbrik edib

05.07.2022

Rusiyanın Pyatiqorsk şəhərində fəaliyyət göstərən “Milli Mədəniyyətlər Evi”nin əməkdaşları Diasporla İş üzrə Dövlət Komitəsini yaradılmasının 20 illiyi münasibətilə təbrik edib.

“Milli Mədəniyyətlər Evi”nin direktoru Yuliya Maltsevanın Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanladığı məktubda bildirilib ki, qurum uzun illərdir Azərbaycan diasporu ilə əməkdaşlıq edir: “Təhmasib Zeynalovun sədri olduğu “Araz” Azərbaycan Milli-Mədəni Muxtariyyətinin nəcib fəaliyyəti ümumrusiya mədəniyyətinin tərkib hissəsi kimi azərbaycanlıların etnik, dil, dini kimliyinin və Azərbaycan mədəniyyətinin qorunub saxlanmasına və inkişafına, Rusiya xalqları arasında millətlərarası harmoniya və əməkdaşlıq mədəniyyətinin möhkəmlənməsinə töhfə verir.

Hörmətli Fuad Rauf oğlu! Yubiley günlərinin sevincini sizinlə bölüşərək, Sizə 20 il öncə əsası qoyulmuş şanlı ənənələri qayğı ilə qoruyub saxlamağı və artırmağı arzulayırıq. Qoy, bu əlamətdar tarix Sizin çoxillik səylərinizin və yaradıcı arzularınızın yüksək nəticələrinə gətirib çıxarsın! Sizə və həmkarlarınıza cansağlığı, rifah, yeni və maraqlı layihələr naminə uğurlar arzulayırıq”.