...

Fərid və Mehriban Məmmədovlar: “Artıq Azərbaycan diasporu dünyada tanınır”

05.07.2022

ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində fəaliyyət göstərən Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin üzvləri Diasporla İş üzrə Dövlət Komitəsini təbrik edib.

Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin rəhbərləri Fərid və Mehriban Məmmədovların adından Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanlanan məktubda bildirilib ki, son illər dövlət qurumunun fəaliyyəti həqiqətən təqdirəlayiqdir: “Komitə ölkəmiz üçün çox önəmli və xüsusi əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsində daim dəstək göstərir. Artıq Azərbaycan diasporu dünyada tanınır. Amerikada yaşayan soydaşlarımızın təşkilatlanması, önəmli işlər həyata keçirmələri buna bariz nümunədir. Amerika Azərbaycanlıları Koordinasiya Şurasının yaradılması məhz Sizin əməyiniz və dəstəyiniz sayəsində baş tutub.

Dünya Azərbaycanlılarının Zəfər Qurultayının məhz Şuşada keçirilməsi ölkəmizin diaspor tarixində böyük əhəmiyyət kəsb edir. Bu misilsiz təşəbbüsü irəli sürən Prezident İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk.

Hörmətli Fuad müəllim! Amerikada yaşayan soydaşlarımız adından dünya azərbaycanlılarını eyni amal uğrunda birləşdirən Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyini və bütün əməkdaşlarını 20 illik yubiley münasibətilə təbrik edirik. Sizə və həmkarlarınıza ölkəmiz və xalqımız adına həyata keçirilən şərəfli missiyada uğurlar arzulayırıq”.