...

Birləşmiş Ərəb Əmirliklərindəki soydaşlarımız Dövlət Komitəsinin uğurları ilə qürur duyur

05.07.2022

Birləşmiş Ərəb Əmirliklərində yaşayan Azərbaycan icması yaradılmasının 20 illiyi münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsini təbrik edib.

Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Birləşmiş Ərəb Əmirliklərindəki əlaqələndiriciləri Nuranə Hüseynova və Emil Əliyevin Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanladıqları məktubda bildirilib ki, qurumun gördüyü işlər və əldə etdiyi uğurlar soydaşlarımızı sevindirir və qürurlandırır:

“Komitənin ölkəmizin digər ölkələrdə yüksək səviyyədə tanıtdırılması məqsədilə çox gözəl layihələr və tədbirlər hazırladığını, xaricdə yaşayan həmvətənlərimizlə qırılmaz əlaqələr yaratdığını hər bir soydaşımız bilir. Diaspor təşkilatlarına həssas münasibətiniz və dəstəyiniz üçün Sizə təşəkkürümüzü bildiririk.

Sizi və komitənin bütün əməkdaşlarını ürəkdən təbrik edir, gələcəkdə də bu nailiyyətlərin davamlı olmasını arzulayırıq”.