...

Təhmasib Zeynalov: “Biz Komitənin real dəstəyini hiss edirik”

05.07.2022

Rusiyanın Stavropol diyarının Pyatiqorsk şəhərində fəaliyyət göstərən “Araz” Azərbaycan Milli-Mədəni Muxtariyyətinin üzvləri yaradılmasının 20 illiyi münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsini təbrik edib.

“Araz" Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Təhmasib Zeynalovun adından Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanlanan məktubda bildirilib ki, Rusiyadakı soydaşlarımız bu günü əsl bayram hesab edirlər: “Sizin bu vəzifəyə gəlişinizlə vətəndən kənarda yaşayan azərbaycanlılar üçün Komitə yenidən dirçəldi. Biz real dəstək hiss etdik, buna görə sizə çox minnətdarıq. Çox şadıq ki, belə yüksək nəticələrə nail olan güclü komanda yaratmısınız. Rusiyadakı Azərbaycan diasporu ilə əməkdaşlıq edən şöbənin işini xüsusilə qeyd etmək istərdim. Biz əməkdaşlıq etdiyimiz müddətdə o qədər doğmalaşmışıq ki, bu yubileyi əsl bayram hesab edirik.

Hörmətli Fuad Rauf oğlu, Sizi və kollektivinizi 20 illik yubiley münasibətilə səmimi qəlbdən təbrik edir, bu çətin və məsuliyyətli işinizdə müvəffəqiyyətlər arzulayırıq”.