Prezident Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarını təltif edib - SƏRƏNCAM
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları təltif edilib.
Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncama əsasən, Azərbaycan diasporu ilə iş sahəsində dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər:
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Muradov Fuad Rauf oğlu
“Tərəqqi” medalı ilə
Ağayev Ziya Zəvair oğlu
Əliyev Elşad Nuqay oğlu
Hüseynov Adil Hüseynağa oğlu
Xəlilova Esmira İsmət qızı
Qaraxanova Türkan Nazim qızı
Məmmədov Vüsal Adil oğlu
Rəcəbli Daşqın Allahverdi oğlu
Seyidbəyov Vaqif Həsən oğlu.
Komitə əməkdaşlarının fəaliyyətinə verdiyi yüksək qiymətə görə Cənab Prezidentə minnətdarlığımızı bildiririk. Təltif olunan həmkarlarımızı təbrik edir, onlara şərəfli və məsuliyyətli işlərində yeni-yeni uğurlar arzulayırıq!