Tahir Əmiraslanov: “Komitə milli mətbəximizin təbliğinə daim dəstək göstərir”
Milli Kulinariya Assosiasiyasının rəhbəri, əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov Diasporla İş üzrə Dövlət Komitəsini yaradılmasının 20 illiyi münasibətilə təbrik edib.
Assosiasiya rəhbəri Dövlət Komitəsinin milli mətbəximizin dünyada təbliği istiqamətində göstərdiyi dəstəyi yüksək qiymətləndirib: “Dəyərli Fuad müəllimin rəhbərliyi ilə Komitə milli mətbəximizin təbliğinə daim dəstək göstərir. Komitənin çoxşaxəli fəaliyyətinin bu istiqamətinə görə ayrıca təşəkkürümü qəbul etməyinizi rica edirəm. 20 illik yubileyiniz münasibətilə Komitənin rəhbərliyini və əməkdaşlarını səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətinizdə davamlı uğurlar arzulayıram. Var olun!”