...

Azərbaycan-Monteneqro Mədəniyyət və İqtisadiyyat Mərkəzi Dövlət Komitəsini təbrik edib

04.07.2022

Monteneqroda fəaliyyət göstərən Azərbaycan-Monteneqro Mədəniyyət və İqtisadiyyat Mərkəzinin üzvləri yaradılmasının 20 illiyi münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsini təbrik edib.

Azərbaycan-Monteneqro Mədəniyyət və İqtisadiyyat Mərkəzinin rəhbəri, Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının Monteneqro üzrə əlaqələndiricisi, Avropa Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü Seyran Mirzəzadənin təbrik məktubunda diaspor quruculuğu sahəsində Komitənin gördüyü işlər yüksək qiymətləndirilib: “Azərbaycan diasporunun formalaşmasında və möhkəmlənməsində böyük əməyi və xidmətləri olan Diasporla İş üzrə Dövlət Komitəsinin gələcək fəaliyyətinin xalqımız, ölkəmiz və dövlətimiz üçün xeyirli və uğurlu olmasını arzulayırıq”.