“İsraildə Azərbaycan Evi” Dövlət Komitəsinə təbrik məktubu ünvanlayıb
İsrailin Akko şəhərində fəaliyyət göstərən “İsraildə Azərbaycan Evi” diaspor cəmiyyəti yaradılmasının 20 illiyi münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsini təbrik edib.
“İsraildə Azərbaycan Evi”nin rəhbəri Nexamiya Şirin Mixaelinin Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanlanan məktubda bildirilib ki, 20 il öncə xalqımızın və diasporun tarixində əlamətdar hadisə baş verib: “Sizin rəhbərlik etdiyiniz Diasporla İş üzrə Dövlət Komitəsi ilə “İsraildə Azərbaycan Evi” diaspor cəmiyyəti arasında fəal və effektiv iş birliyi yaranıb. Biz bu gözəl iş birliyi nümunəsini daha da inkişaf etdirməyə hazırıq”.