...

İsveçli deputat: “Komitə diaspor təşkilatları ilə əməkdaşlığı böyük bacarıqla yerinə yetirir”

04.07.2022

İsveç Azərbaycanlıları Koordinasiya Şurasının İdarə Heyətinin sədri, Yönköpinq Regional Parlamentinin deputatı İradə Əliyeva-Söderberq yaradılmasının 20 illiyi münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsini təbrik edib.

İsveç azərbaycanlıları adından Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanlanan məktubda bildirilib ki, ölkəmizin hüdudlarından kənarda müxtəlif illərdə məskunlaşmış soydaşlarımızla və yaradılmış diaspor təşklatları ilə əlaqələr qurmaq, əməkdaşlıq etmək o qədər də asan məsələ deyil: “Amma Siz və əməkdaşlarınız bu işi bacarıqla yerinə yetirirsiniz. Xaricdə yaşayan azərbaycanlıların doğma vətənə daha da yaxınlaşması, müxtəlif ölkələrdəki diaspor fəallarının, təşkilatlarının qarşılıqlı əlaqələr qurması və əməkdaşlıq etməsi baxımından gördüyünüz iş çox şərəflidir”.

İradə Əliyeva-Söderberq qeyd edib ki, İsveç Azərbaycanlılarının Koordinasiya Şurası Komitə rəhbərliyi və əməkdaşları ilə sıx əməkdaşlıq etməkdən böyük məmnuniyyət duyur: “Hörmətli Sədr! Doğma Azərbaycanımızın inkişafı və müxtəlif ölkələrdə daha yaxından tanıdılması sahəsində gördüyünüz işlərdə Sizə və Komitənin bütün əməkdaşlarına uğurlar arzulayırıq”.