...

Yunanıstan mediasında Nigar Rəfibəylinin həyat və yaradıcılığından bəhs edilib

04.07.2022

Yunanıstanın https://www.karfitsa.gr xəbər saytında Azərbaycanın xalq şairi Nigar Rəfibəyliyə həsr olunmuş məqalə yerləşdirilib.

“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovun qələmə aldığı “Nigar Rəfibəyli, cəsur və istedadlı şair” sərlövhəli məqalədə XX əsr Azərbaycan poeziyasında özünəməxsus yeri olan ustadın həyat və yaradıcılığına diqqət cəlb edilib.

“Nigar Rəfibəyli ictimai həyatda, yaradıcılıqda mübarizələrlə dolu bir ömür yaşayıb. Sözündə, əməlində qorxmaz, mərd şair Azərbaycan ədəbiyyatına öz poetik möcüzəsi ilə gözəl və didaktik əsərlər bəxş edib. Təbiət mənzərələri, insanın mənəvi dünyası, vətənpərvərlik, sülh, əmin-amanlıq, azadlıq ideyaları Nigarın əsərlərinin motivini təşkil edirdi. Neçə illər keçsə də, Nigar Rəfibəylinin əsərləri öz ideya və məzmunu ilə həmişə müasir səslənəcək…”, - deyə müəllif vurğulayıb.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.karfitsa.gr/diethni/nigkiar-rafibeili-i-gennaia-kai-talantoucha-poiitria/