Özbəkistandakı soydaşlarımız Dövlət Komitəsini təbrik edib
Özbəkistanda fəaliyyət göstərən Azərbaycan icması yaradılmasının 20 illiyi münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsini təbrik edib.
Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Firdovsi Hüseynovun Diasporla İş üzrə Dövlət Komirəsinin sədri Fuad Muradova ünvanladığı məktubda bildirilib ki, 20 il qısa müddət sayılsa da, diaspor quruculuğu sahəsində görülən işlər misilsizdir.
“Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi Komitə ilə əməkdaşlıq etməkdən məmnunluq duyur. Şuşa şəhərində 21-25 aprel tarixində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında iştirakımız bizi çox sevindirdi və daha da ruhlandırdı. Qurultayda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının tərkibinə Özbəkistan Respublikasının Azərbaycan Milli Mədəniyyət Mərkəzinin seçilməsi bizim üçün qürurvericidir.
Hörmətli Fuad müəllim! Komitənin 20 illik yubileyi münasibətilə Sizi və bütün əməkdaşları ürəkdən təbrik edir, işinizdə yeni uğurlar arzulayıram”.
* * *
Daşkənddə fəaliyyət göstərən “Qardaşlıq” Azərbaycan Mədəniyyət Mərkəzi yaradılmasının 20 illiyi münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsini təbrik edib.
Mərkəzin sədr əvəzi Nazim Qarayevin adından Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanlanan məktubda ölkəmizə hörmət ifadə olunub: “20 illik yubiley münasibətilə ən səmimi təbriklərimizi qəbul etməyinizi rica edirik. Biz Dövlət Komitəsinin milli həmrəyliyini və dəstəyini daim hiss edirik. Gələcək fəliyyətinizdə uğurlar arzulayırıq”.