Monrealdakı icmamız Dövlət Komitəsini təbrik edb
Kanadanın Kvebek əyalətinin Monreal şəhərində fəaliyyət göstərən Azərbaycan icması yaradılmasının 20 illiyi münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsini təbrik edib.
Kvebek Azərbaycanlıları Assosiasiyasının sədri Məsud Əfəndiyevin adından Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanlanan məktubda bildirilib ki, 20 il öncə Komitənin fəaliyyətə başlaması ilə diaspor təşkilatlarının işini eyni məqsədə yönəldən vahid mərkəz yaranıb: “Bu işbirliyi xüsusilə Vətən müharibəsi dönəmində özünü aydın göstərdi. O günlərdə bizim Monrealdakı aksiyalarımız buradakı çoxsaylı erməni icması üçün gözlənilməz oldu”.
Assosiasiya rəhbəri bildirib ki, yüksək savadlı, peşəkar və vətənpərvər gənc əməkdaşları ilə hörmət doğuran Komitənin uğurlarının ən parlaq nümunəsi bu il mədəniyyət paytaxtımız Şuşada keçirilmiş Zəfər Qurultayı olub: “Hörmətli Fuad müəllim, Sizi və əməkdaşlarınızı 20 illik yubiley münasibətilə ürəkdən təbrik edirəm. Hamınıza möhkəm cansağlığı, işlərinizdə uğurlar arzulayıram. Əminəm ki, həmişə olduğu kimi, gələcəkdə də vətənimiz Azərbaycanın maraqları naminə birgə fəaliyyətimiz davam edəcək”.