...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Dövlət Komitəsini təbrik edib

04.07.2022

Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi yaradılmasının 20 illiyi münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsini təbrik edib.

Mərkəzin direktoru Samir Abbasovun adından Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanlanan məktubda qardaş ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarının fəaliyyəti yüksək qiymətləndirilib: “Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu strategiya bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bütün istiqamətlərdə, o cümlədən diaspor sahəsində uğurla davam etdirilir. Sizin Özbəkistanın xarici ölkələrlə dostluq əlaqələri və millətlərarası münasibətlər üzrə Komitəsi ilə sıx əlaqələriniz və keçirilən görüşlər diaspor sahəsində əməkdaşlıqda yeni imkanlar açıb. Özbəkistanda yaşayan soydaşlarımız qardaş ölkənin elm, incəsənət, mədəniyyət, sosial və ictimai həyatında çox yaxından iştirak edirlər. Biz bunu ölkə başçısı cənab İlham Əliyevin Özbəkistan Respublikasına səfəri zamanı çox bariz şəkildə müşahidə etdik. Bütün bu işlər Sizin də diqqətiniz, böyük əməyiniz, gərgin fəaliyyətinizin nəticəsidir”.

Mərkəz direktoru Özbəkistandakı diaspor fəalları ilə birlikdə Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayında iştirakını fəxrlə xatırladıqlarını qeyd edib: “Soydaşlarımız Azərbaycan adlı xəzinədən aldıqları dəyərlə yaşadıqları ölkə ilə dostluğumuzu möhkəmləndirməklə yanaşı, zəngin ənənələrimizi, milli mədəniyyətimizi geniş təbliğ edirlər. Bu xəzinə ilə mücəvhərlər arasında əlaqə yaradan təşkilat Diasporla İş üzrə Dövlət Komitəsidir. Sizə və kollektivinizə Vətən üçün müqəddəs, məsuliyyətli, şərəfli işinizdə bundan sonra da böyük uğurlar arzulayıram”.