...

Dağıstanın milli siyasət və dini məsələlər üzrə nazirinin birinci müavini Dövlət Komitəsini təbrik edib

04.07.2022

Rusiya Federasiyası Dağıstan Respublikasının Milli Siyasət və Dini Məsələlər üzrə Nazirliyi yaradılmasının 20 illiyi münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsini təbrik edib.

Nazirin birinci müavini Harun Davıdovun adından Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanlanan məktubda bildirilib ki, Rusiya və Azərbaycan arasında sıx strateji və əsl qardaşlıq münasibətləri mövcuddur: “Rusiyada azərbaycanlıların böyük diasporunun harmoniya və ölkəmizin bütün xalqlarına hörmət şəraitində yaşamasını, Rusiya Federasiyasının mədəniyyətinə, iqtisadiyyatına və inkişafına mühüm töhfələr verməsini biz yüksək dəyərləndiririk. Dağıstan xalqı təkcə respublikada deyil, ucsuz-bucaqsız Rusiyanın bütün bölgələrində yaşayan azərbaycanlılara böyük hörmətlə yanaşır”.

“Hörmətli cənab Fuad Rauf oğlu! Səmərəli fəaliyyətinizə görə minnətdarlığımızı və dərin məmnunluğumuzu bildiririk. Biz Rusiya Federasiyası və Azərbaycan Respublikası xalqları arasında qurulmuş işgüzar və dostluq münasibətlərinin qorunub saxlanacağına inanırıq. Ölkələrimizin ictimai təşkilatları arasında gələcək qarşılıqlı faydalı əməkdaşlığa ümid edirik”, - deyə nazirin birinci müavini vurğulayıb.