...

Pyatiqorsk şəhər Dumasının sədri Dövlət Komitəsinin sədrini təbrik edib

30.06.2022

Rusiya Federasiyası Stavropol diyarının Pyatiqorsk şəhər Duması yaradılmasının 20 illiyi münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsini təbrik edib.

Şəhər Dumasının sədri Lyudmila Poxilkonun Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanladığı məktubda bildirilib ki, 5 iyul 2002-ci il bütün Azərbaycan xalqı üçün mühüm tarixdir. Çünki məhz həmin gün görkəmli dövlət xadimi Heydər Əliyevin müvafiq Sərəncamı ilə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılıb: “Azərbaycan Respublikasının dövlət siyasəti hər zaman Azərbaycan diasporlarının təmsilçiləri ilə fəal əməkdaşlığa, dünya azərbaycanlılarının tarixi vətənləri ilə əlaqələrinin inkişafına, milli, mədəni və siyasi maraqlarının müdafiəsinə istiqamətlənib”.

Uzun illər ərzində Rusiya ilə Azərbaycanı qarşılıqlı hörmətin xoş ənənələrinə əsaslanan isti dostluq münasibətlərinin bağladığını xatırladan Duma rəhbəri Pyatiqorsk şəhərindəki Azərbaycan diasporunun fəaliyyətinə toxunub. Təhmasib Zeynalovun rəhbərlik etdiyi “Araz” Azərbaycan Milli Mədəni Muxtariyyətinin yerli idarəetmə orqanları ilə səmərəli əməkdaşlıq etdiyini, şəhərin sosial-iqtisadi və humanitar sahələrinin inkişafına mühüm töhfələr verdiyini nəzərə çatdırıb.

“Hörmətli Fuad Rauf oğlu, Sizi bir daha Komitənin yaradılmasının 20 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, azərbaycanlıların birliyi, milli həmrəyliyin möhkəmləndirilməsi istiqamətində Sizə bundan sonra da səmərəli fəaliyyət göstərməyi və nəcib missiyanızda uğurlar arzulayıram”, - deyə Lyudmila Poxilko əlavə edib.