Almatıdakı “Ata-Yurd” ictimai birliyi Dövlət Komitəsini təbrik edib
Qazaxıstanın Almatı şəhərində fəaliyyət göstərən “Ata-Yurd” ictimai birliyi yaradılmasının 20 illiyi münasibətilə Dövlət Komitəsini təbrik edib.
Birliyin rəhbəri Süleyman Əhmədovun Komitə rəhbərliyinə ünvanlandığı məktubda bildirilib ki, xalqımızı və ölkəmizi təmsil edən diaspor fəaliyyəti böyük məsuliyyət tələb edir. “Dünyanın bütün ölkələrində çoxlu sayda Azərbaycan diaspor təşkulatları mövcuddur. Biz öz tariximizi, mədəniyyətimizi, multikultural və tolerantlıq dəyərlərimizi yaşadığımız ölkələrin xalqlarına uğurla təqdim edirik. Sizi yubileyiniz münasibətilə təbrik edir, başqa ölkələrlə millətlərarası və dövlətlərarası münasibətlərimizin daha da möhkəmlənməsi və çiçəklənməsi istiqamətində fəaliyyətinizdə uğurlar arzulayıram”.