...

Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi böyük diaspor ailəsini təbrik edib

30.06.2022

Finlandiyada fəaliyyət göstərən “Azər-Türk” Gənclər Təşkilatının rəhbəri, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi Ülviyyə Cabbarova yaradılmasının 20 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsini təbrik edib.
Komitəyə ünvanlanan təbrik məktubunda bildirilib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Azərbaycan Prezidenti İlham Əliyevin yüksək diqqət və qayğısı ilə təşkilatlanan soydaşlarımız dünyanın dörd bir tərəfində fəaliyyət göstərən böyük diaspor ordusu formalaşdırıb.
“44 günlük Vətən müharibəsi dövründə Azərbaycan diasporu və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları gecə-gündüz demədən çalışaraq, Vətənimizin haqq səsini dünyaya peşəkar şəkildə çatdıra bildi. Dövlət Komitəsi sübut etdi ki, artıq Dünya Azərbaycanlıları bir yumruq kimi birləşərək vahid mövqedən çıxış edir, ölkəmizi bütün dünyada müdafiə etməyi bacarır. Hörmətli sədr Fuad Muradov başda olmaqla Komitənin kollektivini və bütün diaspor ailəsini ürəkdən təbrik edir, qalib dövlətimizin və xalqımızın adına layiq uğurlar əldə etməyi arzulayıram. YaşasınAzərbaycan”, - deyə təşkilat rəhbəri ürək sözlərini ifadə edib.