...

YTB rəhbəri Abdullah Eren Diasporla İş üzrə Dövlət Komitəsini təbrik edib

23.06.2022

Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) rəhbəri Abdullah Eren yaradılmasının 20 illiyi münasibətilə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsini təbrik edib.

A.Eren iki ölkənin diaspor qurumları arasında sıx əməkdaşlıq mövcud olduğunu bildirərək, bunun təməlində prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev arasındakı dostluq, qardaşlıq və qarşılıqlı etimadın durduğunu vurğulayıb.

YTB rəhbəri qarşılıqlı əməkdaşlığın Şuşa Bəyannaməsinə və “Bir millət, iki dövlət, tək diaspor” fəlsəfəsinə uyğun olaraq davam etdiriləcəyini bildirib. “Yaradılmasının 20 illiyi münasibətilə dəyərli dostum Fuad Muradov başda olmaqla Diasporla İş üzrə Dövlət Komitəsində çalışan hər kəsi təbrik edirəm” – deyə o qeyd edib.

https://www.youtube.com/watch?v=qI71anD-zHo