Assosiasiya rəhbəri Dövlət Komitəsini təbrik edib
Diasporla İş üzrə Dövlət Komitəsini yaradılmasının 20-ci ildönümü münasibətilə təbrik edənlərdən biri də Yəmən Yəhudiləri və İsrail Qəbilələri İrsinin Qorunması, Cəmiyyət və Mədəniyyət, Sənədləşdirmə və Tədqiqatlar üzrə Assosiasiyasının prezidenti Yiqal Ben Şalom olub.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanladığı təbrik məktubunda Assosiasiya rəhbəri bildirib ki, Bakıda olduğu müddətdə Azərbaycan haqqında çox şey öyrənib.
“ADA Universitetindəki tədbirdən böyük zövq aldım. Azərbaycana gələcək fəaliyyətlərində bol-bol uğurlar və firavanlıq arzulayıram”, - deyə Y.B.Şalom söyləyib.