Fransalı ekspert Dövlət Komitəsinin fəaliyyətini bir çox ölkələr üçün nümunə adlandırıb
Fransada fəaliyyət göstərən Diplomatiya və Dialoq üzrə Beynəlxalq Şuranın direktoru Erik Qozlan yaradılmasının 20 illiyi münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsini təbrik edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanladığı məktubda direktor bildirib ki, Azərbaycanda olarkən Qarabağa səfəri və “Cənubi Qafqazda post-münaqişə dövründə inkişaf” mövzusunda Bakıdakı dəyirmi masa-dinləmələrdə iştirakı çox məqamlara aydınlıq gətirib, Azərbaycanın öz qonşusu ilə davamlı sülhə qayıtmaq istədiyini anlayıb. Qeyd edib ki, bu həqiqətləri Fransa mediası vasitəsilə ölkəsinin ictimaiyyətinə çatdırmaq niyyətindədir.
Fransız ekspert Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini “bir çox ölkələrə nümunə” adlandırıb: “Komitə bütün dünyada əla iş görür. Ümid edirəm ki, təşkilatımız sizinlə əməkdaşlığı davam etdirəcək”.