...

“Hopeman Consultants UK” şirkətinin rəhbərliyi Dövlət Komitəsinin fəaliyyətini yüksək qiymətləndirib

22.06.2022

Böyük Britaniyada faliyyət göstərən “Hopeman Consultants UK” şirkətinin Baş direktoru Vasim Ahmed yaradılmasının 20 illiyi münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsini təbrik edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanladığı məktubda Baş direktor bildirib ki, Böyük Britaniyanın və Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edən müxtəlif etnik icmaların ölkənin birliyinin möhkəmləndirilməsinə və Azərbaycan mədəniyyətinin dünya birliyinə təqdim olunmasına töhfələr verdiyinə əmindir.

“Azərbaycan hökumətinin prioritet istiqaməti olan bu siyasətin prinsipləri Dövlət Komitəsinin xətti ilə uğurla həyata keçirilir. Mən Komitənin dünya azərbaycanlılarını birləşdirmək və həmrəyliyini nümayiş etdirmək məqsədilə gördüyü işləri yüksək qiymətləndirir, milli, qlobal məsələlər, beynəlxalq əməkdaşlığa dair layihələrə qoşulmağı səbirsizliklə gözləyirəm və nəcib missiyanızda uğurlar arzulayıram”, - deyə V.Ahmed vurğulayıb.