...

“Armooh Williams PLLC” şirkəti Dövlət Komitəsini təbrik edib

22.06.2022

Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən “Armooh Williams PLLC” şirkətinin təsisçisi Coys Uilyams yaradılmasının 20-ci ildönümü münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsini təbrik edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanladığı məktubunda xanım Coys Villiams bu əlamətdar hadisə münasibətilə xalqımıza xoş arzularını çatdırıb.

Komitənin həyata keçirdiyi layihələri yüksək qiymətləndirən şirkət təsisçisi ölkəmizin təbliği və təşviqi istiqamətində əməkdaşlığı səbirsizliklə gözlədiyini bildirib: “Fəaliyyətiniz bütün dünyada dostluq və strateji əlaqələri təşviq edir, inkişaf etdirir və Azərbaycanın problemlərini qlobal məsələlərdə ön plana çıxarır”.