İsrailli sabiq nazir Dövlət Komitəsini təbrik edib
İsrailin sabiq rabitə, kiber və peyk naziri, İqtisadi Sülh Mərkəzinin prezidenti Ayub Kara yaradılmasının 20-ci ildönümü münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsini təbrik edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanladığı məktubunda A.Kara bildirib ki, Azərbaycan İsrailin əsl dostudur.
“Hər fürsətdə Azərbaycanı müdafiə etmək mənim üçün çox mühümdür. Azərbaycana çoxlu uğurlar və rifah arzulayıram. Ümid edirəm ki, Azərbaycan gələcəkdə böyük tərəqqi və əmin-amanlıq içində yaşayacaq”, - deyə keçmiş nazir vurğulayıb.