...

“Alyans” Gənclər Mərkəzində ustad dərsləri təşkil edilib

21.06.2022

Gürcüstanın paytaxtı Tbilisidə fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzində rəqs və heykəltəraşlıq üzrə ustad dərsləri keçirilib.

Bu layihə "Alyans Gənclər Mərkəzi”nin və “Qrinviç” Təhsil Mərkəzinin birgə əməkdaşlığı ilə baş tutub.

Ustad dərslərini “Qrinviç” Təhsil Mərkəzinin müəllimləri – Serqo Zakariadze adına milli və modern incəsənət kollecin məzunu, xoreoqraf Fatimə Qurbanova və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu, heykəltəraş Günel Zeynalova keçiriblər. Peşəkar müəllimlər iki sənətin incəlikləri barədə bilik və təcrübələrini bölüşüb, bu sahədə ilkin addımlarını atan yeniyetmə və gənclərə tövsiyələrini veriblər.

Qeyd edək ki, təhsil və mədəniyyət mərkəzi kimi 2021-ci ilin dekabrından fəaliyyətə başlayan “Alyans” Gənclər Mərkəzi Gürcüstan paytaxtının Kazbeki küçəsi-44 ünvanında yerləşir.