...

“Reut Group”un baş direktoru Dövlət Komitəsinə təbrik məktubu yazıb

21.06.2022

İsraildə fəaliyyət göstərən “Reut Group”un baş direktoru Eran Şayşon yaradılmasının 20-ci ildönümü münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsini təbrik edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanladığı məktubunda baş direktor bildirib ki, yubiley münasibətilə səmimi təbriklərini çatdırmaqdan məmnunluq duyur.

“Reut Group” sizin rəhbərlik etdiyiniz Dövlət Komitəsi ilə davamlı əlaqələri inkişaf etdirə bilib. Mən həmçinin Bakıda keçirilən “Cənubi Qafqazda post-münaqişə dövründə inkişaf” mövzusunda dəyirmi masa-dinləmələrdə iştirak etməkdən şərəf duydum. Dövlət Komitəsi Azərbaycana böyük şərəf və hörmət gətirir. Sizinlə tərəfdaşlıq bizim üçün qürur mənbəyidir. Bu gün münasibətilə Sizi təbrik edir və davamlı uğurlar arzulayıram”, - deyə E.Şayşon söyləyib.