...

Braziliya Jurnalistlər Assosiasiyası yubiley münasibətilə Dövlət Komitəsini təbrik edib

20.06.2022

Diasporla İş üzrə Dövlət Komitəsini 20 illik yubileyi münasibətilə təbrik edənlərin arasında Braziliya Beynəlxalq Münasibətlər üzrə Jurnalistlər Assosiasiyasının prezidenti Keyros Mendes Fabiana Ceyhan da var.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanlanan məktubunda Fabiana Ceyhan bildirib ki, beynəlxalq münasibətləri və diplomatiyanı əhatə edən Braziliya Jurnalistlər Assosiasiyası adından Dövlət Komitəsini bu əlamətdar hadisə münasibətilə təbrik etməkdən böyük şərəf duyur. Çünki 20 illik böyük iş nəticəsində bütün dünyada insanların Azərbaycan tarixi və kökləri ətrafında birləşdirilməsi məqsədinə nail olunub.