Yunanıstan mediasında Azərbaycanın milli mətbəxindən bəhs edilib
Yunanıstanın https://www.karfitsa.gr xəbər saytında “Azərbaycanın milli mətbəxi” sərlövhəli məqalə yayımlanıb.
“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovun qələmə aldığı məqalədə bildirilib ki, Azərbaycana səfər etmək təkcə turist macərası deyil, həm də qastronomik səyahətdir. Çünki ölkənin ən qiymətli sərvətindən biri olan Azərbaycan mətbəxi ayrıca ekskursiyaya layiqdir.
“Ət, balıq, tərəvəz və ədviyyatların bolluğu bu mətbəxi təkrarolunmaz edir. Azərbaycanın milli mətbəxinin rəngarəngliyinə coğrafi şərait və xalqın sosial vəziyyəti təsir göstərib”, - deyə müəllif vurğulayıb.
Milli mətbəximizin təamlarına diqqəti cəlb edən müəllif xüsusilə qeyd edib ki, Azərbaycan dolması 2017-ci ildən UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib və ölkədə 386 müxtəlif növ dolma var.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.karfitsa.gr/diethni/qala-ethniki-kouzina-tou-azerbaitzan/