Diaspor Festivalının təsisçisi Dövlət Komitəsini təbrik edib
ABŞ-dakı Diaspor Festivalının təsisçisi Kordel Karter yaradılmasının 20-ci ildönümü münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsini təbrik edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanladığı məktubunda K.Karter əlamətdar hadisə münasibətilə öz səmimi təbriklərini çatdırıb. Qeyd edib ki, komitənin dünyadakı 70-dən çox azərbaycanlı diaspor icması ilə əlaqə saxlamaq və bu xidmətin təmin olunması istiqamətində gördüyü işlər Azərbaycan Respublikasının gücləndirilməsi məqsədinə xidmət edir.
“İstərdim biləsiniz ki, mənim şəxsimdə və Diaspor Festivalı qeyri-hökumət təşkilatında tərəfdaşınız var. Biz diaspor icmalarını bir araya gətirmək kimi ümumi məqsədimiz üzrə əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik”, - deyə Diaspor Festivalının təsisçisi bildirib.