...

Aberdində yaşayan soydaşımız Britaniya Beynəlxalq Məktəbləri Şurasının mükafatını qazanıb

20.06.2022

Şotlandiyanın Beynəlxalq Aberdin Məktəbində təhsil alan Aliyə Orucova Britaniya Beynəlxalq Məktəbləri Şurasının (COBIS) mükafatına layiq görülüb.

Mükafat 16 yaşlı gənc soydaşımıza akademik nailiyyətlərinə görə təqdim edilib.

Bu, istedadlı azərbaycanlı gəncin ilk uğuru deyil. Bundan öncə Aliyə gender bərabərliyinə həsr olunmuş rəqəmsal texnologiyalar üzrə Şotlandiyanın milli müsabiqəsinin qalibi olub. Beynəlxalq Aberdin Məktəbinin ən yaxşı şagirdlərindən biri olan Aliyə riyaziyyatdan başqa kimya, biologiya fənlərinə, rəsm və kompüter texnologiyalarına maraq göstərir.

Qeyd edək ki, Aliyənin atası Vüqar Orucov neft sektorunda çalışır, anası Leyla Orucova isə rəssamdır. Atasının işi ilə əlaqədar ailəsi öncə Londona köçüb, sonra Aberdində məskunlaşıb.