Azərbaycanda Qurtuluş Günü qeyd olunur
1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etməsi Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb və bu gün Azərbaycan tarixinə Qurtuluş Günü kimi daxil olub.
1997-ci ildə Milli Məclisin deputatları 15 iyun tarixinin təqvimə Azərbaycan Respublikasının Qurtuluş Günü kimi salınması təklifini irəli sürüb və parlament bu təklifi qəbul edib. O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Qurtuluş Günü kimi qeyd edilir.