DQİDK nümayəndə heyəti Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində olub
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Sahib Nağıyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Gürcüstana səfər çərçivəsində Marneuli rayonunda fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) olub.
Görüş zamanı GAİM-in icraçı direktoru Orxan Pirverdiyev nümayəndə heyətini Mərkəzin fəaliyyəti ilə yaxından tanış edib, başa çatmaqda olan tədris ilinin nəticələri barədə geniş məlumat verib.
Mərkəzin fəaliyyət istiqamətləri və gələcək planları barədə qonaqlarla fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinə Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vüsal Məmmədov da daxildir.