...

Özbəkistanda vətəndaş cəmiyyətinin inkişaf perspektivlərinin müzakirəsinə diaspor üzvlərimiz də qatılıb

14.06.2022

Azərbaycan diasporu Özbəkistanda 2022-2026-cı illər üçün vətəndaş cəmiyyətinin İnkişaf Strategiyası çərçivəsində keçirilən müzakirələrdə fəal iştirak edir.

Bu barədə Daşkənd vilayəti üzrə Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Qalib Müslümov məlumat verib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi “Yüksəliş” Milli Hərəkatı 13 iyun 2022-ci il tarixində keçirilən “Fəal Vətəndaşlar Həftəsi”nin açılış mərasiminə qatılıb.

Tədbir Özbəkistanın Ali Məclis Senatı, Ədliyyə Nazirliyi, İnsan Hüquqları üzrə Milli Mərkəzi və digər tərəfdaşların birgə təşkilatçılığı ilə baş tutub.