...

Berlindəki soydaşlarımızın övladlarına milli rəqslərimiz öyrədilir

13.06.2022

Berlin şəhərindəki “Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evinin nəzdində rəqs dərnəyinin fəaliyyətinə start verilib.

“Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evinin sədri, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədr müavini Sevda Badaliouri bildirib ki, artıq ikinci həftədir Azərbaycan dili kurslarının kiçik yaşlı müdavimlərinə milli rəqslərimiz də tədris edilir. “Balaca müdavimlərimiz böyük həvəslə rəqs dərslərinə gəlirlər. Təcrübəli rəqs müəllimlərimiz Səid İbrahimli və Əzizə İbrahimli məmnuniyyətlə milli rəqslərimizin sirlərini onlara öyrədirlər”, - deyə mədəniyyət evinin sədri vurğulayıb.

Sevda Badaliouri qeyd edib ki, yeni dərs ilindən yuxarı yaş qrupu üçün də rəqs kurslarının yaradılması planlaşdırılır.