...

Salonikidə soydaşlarımız Azərbaycanın Müstəqillik Gününü qeyd edib

30.05.2022

Yunanıstanın Saloniki şəhərində fəaliyyət göstərən Azərbaycan Evində 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.

“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə gerçəkləşdirilən tədbirdə soydaşlarımız, türk icmasının üzvləri, yerli ictimaiyyətin nümayəndələri, tələbələr və fəal gənclər iştirak ediblər.

Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə cəmiyyətin sədri Rəşid Məmmədov çıxış edərək, xalqımızı böyük tarixi bayram münasibətilə təbrik edib. 104 il öncə müsəlman aləmində ilk dəfə məhz ölkəmizdə dünyəvi və demokratik respublikanın yaradıldığını vurğulayan cəmiyyət sədri bildirib ki, XX əsrin sonlarında xalqımız öz dövlət müstəqilliyini bərpa etməyi bacarıb. Qeyd edilib ki, xalqımız və Prezident İlham Əliyevin rəhbərlik etdiyi müasir Azərbaycan dövləti AXC qurucularının mirasına və xatirəsinə böyük hörmətlə yanaşır. Dövlət başçısının müvafiq Sərəncamı ilə Bakının mərkəzində AXC-nin şərəfinə abidə ucaldılılıb və Cümhuriyyət qurucularının adları əbədiləşdirilib. Qətiyyətli siyasəti və mahir diplomatik bacarığı ilə 2020-ci ilin payızında Azərbaycanın əzəli Qarabağ bölgəsinin erməni işğalından azad edilməsinə və ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasına nail olan Prezident İlham Əliyev AXC qurucularının və müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin ruhlarını şad edib.

Tədbir Müstəqillik Gününə həsr olunmuş videoçarxın nümayiş etdirilməsi ilə davam edib.