...

ABŞ-ın Solt-Leyk-Siti şəhərində 28 May – Müstəqillik Gününə fotosərgi həsr edilib

30.05.2022

ABŞ-ın Yuta ştatının Solt-Leyk-Siti şəhərində 28 May – Müstəqillik Günü münasibətilə fotosərgi təşkil edilib.

Yuta-Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Hüseynovanın təşkilatçılığı ilə Kapitoli binası qarşısında gerçəkləşdirilən sərgidə Azərbaycan dövlətinin qədim tarixini, zəngin mədəniyyətini və Qarabağdakı parlaq Zəfərini əks etdirən fotomateriallar nümayiş etdirilib. Milli geyimli Əsmər Hüseynova yerli sakinlərə müsəlman aləmində ilk dünyəvi, demokratik respublikanın 104 il öncə məhz Azərbaycanda qurulduğuna diqqəti cəlb edib. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) fəaliyyəti dönəmində ölkəmizdə demokratik islahatların əsasının qoyulduğu, qadınlara seçki hüququnun verildiyi barədə ətraflı məlumat verib. Qeyd edilib ki, müasir Azərbaycan dövləti və xalqımız AXC qurucularının mirasına və xatirəsinə böyük hörmətlə yanaşır.

Fotosərgi yerli sakinlərin böyük marağına səbəb olub.