...

Maqdeburqdakı soydaşlarımız 28 May – Müstəqillik Gününü qeyd ediblər

29.05.2022

Almaniyanin Maqdeburq şəhərində 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.

Heydər Əliyev adına Dünya Boks Komitəsinin təşkilatçılığı ilə gəmidə baş tutan tədbirdə Maqdeburq şəhərində yaşayan həmvətənlərimiz və icmamızın dostları iştirak ediblər.

Tədbir zamanı 104 il öncə müsəlman Şərqində ilk dünyəvi, demokratik respublika quruluşunun məhz Azərbaycanda yaranması barədə qonaqlara məlumat verilib. Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti zamanı əldə edilən nailiyyətlərə diqqət cəlb edilib. Xalqımızın cətin və mürəkkəb yol kecərək, XX əsrin sonlarında ikinci dəfə ölkəmizin dövlət müstəqilliyini qazandığı, ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin quruculuğunda müstəsna xidmətlər göstərdiyi, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə görkəmli şəxsiyyətlərimizin ruhunu şad etdiyi nəzərə çatdırılıb.