...

Türküstan vilayətində 28 May – Müstəqillik Günü qeyd edilib

29.05.2022

Qazaxıstanın Türküstan vilayətindəki Şamran rayonunun Karasu kəndində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 104-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

“Qarabağ” Azərbaycan Etnomədəni Birliyinin təşkilatçılığı ilə açıq havada baş tutan tədbirdə Türkistan vilayətinin və Şamran rayonunun vəzifəli şəxsləri, Karasu kənd icra nümayəndələri, Şamran rayon Analar Birliyinin üzvləri, yerli sakinlər və KİV təmsilçiləri iştirak ediblər.

Milli adət-ənənələrimizə xas tərzdə gerçəkləşdirilən tədbir zamanı “Qarabağ” Azərbaycan Etnomədəni Birliyinin sədri Ramilə Mustafayeva 1918-ci il 28 may taixində müsəlman Şərqində ilk dəfə Azərbaycanda yaradılmış demokratik, dünyəvi respublikanın fəaliyyəti barədə ətraflı məlumat verib, qardaş Qazaxıstanla ölkəmiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin dinamik inkişafından danışıb.

Tədbir milli rəqslərimizin, mətbəx nümunələrimizin, Azərbaycan və Qazaxıstanın qədim adət-ənənələrinin nümayişi ilə davam edib.